satellite   Azerspace-1: 11135 H 30000

Dünyanın ən böyük aysberqi Antarktidada sürətlə hərəkət etməyə başlayır

Dünyanın ən böyük aysberqi Antarktidada sürətlə hərəkət etməyə başlayır

Təxminən 30 il əvvəl Antarktida buzlaqlarından qopmuş dünyanın ən böyük aysberqi (A23a) son vaxtlar axınla aktiv şəkildə hərəkət etməyə başlayıb və hazırda ayda təxminən 150 kilometr sürətlə hərəkət edir.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun mətbuat xidməti məlumat yayıb. Hazırda aysberq Antarktida sahilləri boyunca Veddell dənizində hərəkət edir.

A23 aysberqinin sahəsi təxminən 4170 kvadratkilometrdir.

Alimlər qeyd edirlər ki, bu aysberqin gələcəyi bir sıra amillərdən, o cümlədən axınların təsiri, sualtı relyef çıxıntıları və meteoroloji vəziyyətdən asılıdır. Lakin onun ömrünə az qalıb. Aysberq əriyəcək və suya qarışacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM