satellite   Azerspace-1: 11135 H 30000

Kolumbiyada daşqınlar 14 nəfərin həyatına son qoyub

Kolumbiyada daşqınlar 14 nəfərin həyatına son qoyub

Kolumbiyada daşqın nəticəsində 14 nəfər ölüb, magistral yol bağlanıb.

Naxçıvan televiziyası “Associated Press”ə istinadən xəbər verir ki, Kolumbiyanın cənub-şərqində şiddətli yağışlardan sonra çayın daşması nəticəsində sel və torpaq sürüşməsi meydana gəlib, 20 ev torpaq altında qalıb. Əraziyə xilasedici qüvvələr cəlb edilib.

Hadisə nəticəsində 14 nəfərin öldüyü, xeyli insanın itkin düşdüyü bildirilib. Bundan əlavə, paytaxt Boqotanı ticarət üçün əhəmiyyətli olan Villavicencio bölgəsinə bağlayan körpü dağılıb.

Hazırda xilasetmə tədbirləri davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM