satellite   Azerspace-1: 11135 H 30000

Fransada iğtişaşların mindən çox iştirakçısına həbs cəzası verilib

Fransada iğtişaşların mindən çox iştirakçısına həbs cəzası verilib

Fransada iyunun sonlarında və iyulun əvvəlində baş vermiş iğtişaşlarda iştirak edən mindən çox şəxs həbs cəzasına məhkum edilib.

Naxçıvan televiziyası xəbər verir ki, Fransanın ədliyyə naziri Erik Düpon-Moretti bu barədə RTL radiostansiyasının efirində deyib. Onun sözlərinə görə, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.

Nazir həmçinin övladları iğtişaşlarda iştirak edən valideynlərin də məhkəmə proseslərinin yaxın günlərdə başlayacağını qeyd edib. “Valideynlik hüququnu həyata keçirə bilən, lakin bunu etməyən insanlar uşaqların tərbiyəsini təhlükə altında qoyur. Cinayət məcəlləsində onları buna görə cəzalandırmaq imkanı verən maddə var”, - deyə fransalı nazir bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM