satellite   Azerspace-1: 11135 H 30000

Birinci nəsil “iPhone” hərracda 190 min dollardan baha satılıb

Birinci nəsil “iPhone” hərracda 190 min dollardan baha satılıb

Birinci nəsil “iPhone” smartfonu hərracda 190 min 737 dollara satılıb ki, bu da onun 2007-ci ildəki qiymətindən (499 dollar) 380 dəfə bahadır.

Naxçıvan televiziyası xəbər verir ki, hərracın təşkilatçısı “LCG Auctions” kompaniyasının məlumatına görə, satışa çıxarılan “iPhone” modeli 4 GB yaddaşla təchiz edilib. Onun özəlliyi istehsalının cəmi iki aydan sonra dayandırılmasıdır.

Bu, son vaxtlar hərracda rekord qiymətə satılan üçüncü orijinal “iPhone” smartfonudur. Bu ilin fevralında 8 GB yaddaşa malik model 63 min dollara, 2022-ci ilin oktyabr ayında isə oxşar model 39 min dollara satılmışdı.

Qeyd edək ki, “iPhone” dünyada elektron cihazlar arasında ən çox satılan məhsuldur. Onun populyarlığı “Apple Inc” kompaniyasını kapitallaşması 3 trilyon dolları ötən ilk şirkət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM