satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: “Odessanı qorumaq üçün əlavə “SAMP-T” və ya “Patriot”lara ehtiyacımız var”

Zelenski: “Odessanı qorumaq üçün əlavə “SAMP-T” və ya “Patriot”lara ehtiyacımız var”

“Odessanı Rusiyanın hava hücumlarından qorumaq üçün Ukraynanın əlavə “SAMP-T” və ya “Patriot” zenit-raket kompleksinə ehtiyacı var”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

Onun sözlərinə görə, Kiyev hazırda “SAMP-T” sistemlərindən istifadə edir.

Lakin dövlət başçısı bu sistemlərin harada yerləşdiyi barədə danışmayıb.

Ukrayna lideri həmin sistemlərin əla iş gördüklərini vurğulayıb.

“Əgər bizdə müvafiq əlavə sistemlər olsaydı, onlar təkcə liman infrastrukturunu deyil, Odessanın infrastrukturunu da qoruyardılar. “Patriot” zenit-raket kompleksi də Ukraynanın qorunmasına kömək edir. Lakin bütün bunlar hələ də müvafiq infrastrukturu qorumaq üçün kifayət deyil", - V.Zelenski söyləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM