satellite   Azerspace-1: 11135 H 30000

Jozep Borrel: Aİ Ukrayna taxılının quru yolla daşınmasını artırmalı olacaq

Jozep Borrel: Aİ Ukrayna taxılının quru yolla daşınmasını artırmalı olacaq

Taxıl sazişinin fəaliyyəti dayandıqdan sonra Avropa İttifaqı quru yolla Ukraynadan taxıl idxalını artırmaq məcburiyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin görüşünə gələn Aİ-nin xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel deyib.

“Qara dəniz təşəbbüsündən əlavə, Ukraynadan taxıl tədarükü üçün çay və quru marşrutları da mövcuddur. Bu, bizə böyük miqdarda taxıl ixrac etməyə imkan verir. Dəniz yolu bağlanarsa, həmin marşrutlarla idxalı artırmalıyıq. Bu məsələdə Ukraynanın qonşuları böyük səy göstərməli, sərhədləri açmalı və nəqliyyat daşımalarını asanlaşdırmalıdır”, - deyə Jozep Borrel bildirib.

Qeyd edək ki, Avropa Komissiyası mayın 2-dən sentyabrın 15-dək Ukrayna taxılının Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya idxalına məhdudiyyətlər tətbiq edib. Buna Ukraynaya qonşu olan beş Avropa ölkəsinin anbarlarının dolu olması və onların daxili bazarlarında qiymətlərə təsir etməsi səbəb olub. Hazırda həmin ölkələrin ərazisindən yalnız Avropa İttifaqının digər dövlətlərinə və ya xarici bazarlara taxıl tranzitinə icazə verilir. İyulun 19-da onlar tranzit şərtləri qalmaqla, Ukraynadan taxıl idxalına qoyulan qadağanın sentyabrın 15-dən sonra da uzadılması ilə bağlı razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM