satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu ABŞ-nin verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb

Ukrayna ordusu ABŞ-nin verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb

“Ukrayna Silahlı Qüvvələri ABŞ-nin verdiyi kasetli bombalardan istifadə etməyə başlayıb”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu “Vaşinqton Post” yazıb.

Nəşrin məlumatına görə, sursat Ukraynanın cənub-şərqində Rusiya qoşunlarının yaxşı möhkəmləndirilmiş mövqelərini məhv etmək üçün istifadə edilib.

Ukrayna rəsmiləri nəticələrin ciddi olduğunu bildiriblər.

Qeyd edək ki, ABŞ-nin Müdafiə Nazirliyi (Pentaqon) iyulun 7-də yeni yardım paketinin bir hissəsi olaraq Ukraynaya kasetli sursatların göndəriləcəyini açıqlayıb.

Ukrayna ordusunun generalı Oleksandr Tarnavski iyulun 13-də deyib ki, Ukrayna artıq ABŞ-dən kasetli sursatlar alıb. Onun sözlərinə görə, bu silahlar cəbhədəki vəziyyəti kökündən dəyişə bilər.

BMT-nin Ukrayna üzrə Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin (OCHA) sözçüsü Saviano Abreu kasetli bombaların mülki əhali üçün təhlükəli olmasının sübuta yetirildiyini deyib.

Kasetli bombaları partlama zamanı bir-birindən ayrılan onlarla kiçik bombadan ibarətdir və qadağandır, çünki partlamamış bombalar döyüş əməliyyatları başa çatdıqdan sonra illərlə mülki əhali üçün risk yarada bilər.

Xatırladaq ki, 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir.

123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM