satellite   Azerspace-1: 11135 H 30000

Seul Pxenyanı təhdid edib: Nüvə silahından istifadə Şimali Koreyanın sonu olacaq

Seul Pxenyanı təhdid edib: Nüvə silahından istifadə Şimali Koreyanın sonu olacaq

Koreya Xalq Demokratik Respublikasının (KXDR) Koreya Respublikası və ABŞ-yə qarşı nüvə silahından istifadə etməsi bu ölkənin mövcudluğunun sona çatmasına gətirib çıxaracaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, Koreya Respublikası və ABŞ-yə qarşı hər hansı nüvə hücumu baş verərsə, KXDR hakimiyyəti alyansın dərhal, böyük və qətiyyətli cavabı ilə üzləşəcək.

“Bir daha xəbərdarlıq edirik ki, belə bir hücum Şimali Koreya rejiminin sona çatmasına gətirib çıxaracaq”.

Qeyd edək ki, Şimali Koreya ABŞ-ni nüvə silahı ilə hədələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM