satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin tanklarına VOLKAN atəş idarəetmə sistemi inteqrasiya edilib

Türkiyənin tanklarına VOLKAN atəş idarəetmə sistemi inteqrasiya edilib

Türkiyə Silahlı Qüvvələrinin əsas döyüş tankları ASELSAN istehsalı atəş nəzarət sistemi VOLKAN ilə təchiz edilib.

Naxçıvan televiziyası “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tankların effektivliyini artıran ASELSAN 25-28 iyul tarixlərində İstanbulda keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) VOLKAN atəş idarəetmə sistemini də təqdim edəcək.

ASELSAN tərəfindən istifadəçilərin ehtiyaclarına uyğun olaraq hazırlanmış VOLKAN sisteminin ixtisas testləri uğurla tamamlanaraq ALTAY, M60T və Leopard2A4 tanklarına inteqrasiya edilib. Yerli və milli istehsal olan VOLKAN atəş idarəetmə sistemi ilə Türkiyə ordusunun tankları döyüş şəraitində ən yüksək atəş qabiliyyətinə malik olacaq. VOLKAN tanklara çətin döyüş, ərazi və hava şəraitində stasionar və ya mobil atəş idarəetmə funksiyalarını yerinə yetirmək imkanı qazandırıb.

Bu sistemlə Türkiyə Silahlı Qüvvələrinin xaricdən asılılığı aradan qaldırılıb və tank ekipajlarının əməliyyat imkanları da maksimuma çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM