satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək

Türkiyə 1 milyon qaçqının Suriyaya qayıtmasını təmin edəcək

Türkiyə öz ərazisində yerləşən 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etməyi planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Polis Akademiyasında keçirilən buraxılış mərasimində çıxış edərkən bildirib.

“Qaçqınların vətənlərinə qayıdışı Suriyada təhlükəsizlik və sabitliyin səviyyəsi artdıqca davam edəcək. Bu günə kimi 600 mindən çox məcburi köçkün ölkəyə qayıdıb, biz 1 milyon qaçqının öz vətənlərinə qayıtmasını təmin etməyi planlaşdırırıq”, - deyə Türkiyə Prezidenti söyləyib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya hazırda respublikada 4,9 milyona yaxın qaçqının yaşadığını və onlardan 3 milyonunun Suriya vətəndaşı olduğunu qeyd etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM