satellite   Azerspace-1: 11135 H 30000

Ukraynalı pilotlar Rumıniya və Danimarkada təlim keçəcəklər

Ukraynalı pilotlar Rumıniya və Danimarkada təlim keçəcəklər

Ağ Ev Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Naxçıvan televiziyası xəbər verir ki, ukraynalı pilotların Rumıniya və Danimarkada “F-16” döyüş təyyarələri üçün təlim keçəcəyini qeyd edən Kirbi, təlim yerləri və təqvim üzərində hələ də çalışdıqlarını bildirib.

C.Kirbi təlim üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.

Böyük Britaniyanın ukraynalı pilotların təyyarələri idarə edə bilməsi üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, təlim məsələsində mümkün qədər tez hərəkət etmək istədiklərini qeyd edib.

Bundan əlavə, Kirbi Ukraynada taxıl ixracı üçün müxtəlif marşrutlar üzərində Ukrayna və avropalı tərəfdaşlarla işlədiklərini vurğulayaraq, ən düzgün yolun dəniz daşınması olduğuna diqqət çəkib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM