satellite   Azerspace-1: 11135 H 30000

BMT: Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilib

BMT: Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilib

Birləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra Suriyanın şimal-qərbinə 170-ə yaxın yardım missiyasının tamamlandığını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında Suriyaya humanitar yardım haqqında məlumat verərkən məlumat verib.

“BMT fevral ayında baş verən zəlzələlərdən bəri Türkiyənin cənubundan Suriyanın şimal-qərbinə 170-ə yaxın sərhəd missiyası həyata keçirib”, - deyə S.Dujarrik bildirib.

Önümüzdəki günlərdə Öncüpınar üzərindən əlavə personal və yük maşınlarının səfərbər ediləcəyinin planlaşdırıldığını ifadə edən S.Dujarrik BMT-nin Suriya rəhbərliyi ilə təmasları davam etdirdiyini də vurğulayıb.

Suriya rəhbərliyi BMT-nin humanitar qurumlarına zəlzələdən zərər çəkmiş 6 bölgəyə yardım çatdırmaq üçün avqustun 13-dək Türkiyə ilə Öncüpınar (Bab Əl Salam) və Çobanbey (Əl Rai) sərhəd-keçid məntəqələri vasitəsilə icazə verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

11:18 23.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM