satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya Rusiyaya hibrid avtomobillər ixrac etməyəcək

 Yaponiya Rusiyaya hibrid avtomobillər ixrac etməyəcək

Yaponiya hökuməti mühərrikinin həcmi 1,9 kubsantimetrdən çox olan, hibrid mühərrikli avtomobillərin və yük avtomobilləri üçün təkərlərin Rusiyaya ixracını qadağan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin iqtisadiyyat, ticarət və sənaye naziri Yasutoşi Nişimura məlumat verib.

Onun sözlərinə görə, məhdudiyyətlər avqustun 9-dan qüvvəyə minəcək. Nişimura bildirib ki, Yaponiya beynəlxalq ictimaiyyət və G7 ölkələri ilə yaxından işləməyə davam edərək Rusiyaya qarşı qoyulan məhdudiyyətlərə ciddi şəkildə əməl etmək üçün lazım olan hər şeyi edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM