satellite   Azerspace-1: 11135 H 30000

Son sutkada 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya keçməyə cəhd edib

Son sutkada 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya keçməyə cəhd edib

Son sutka ərzində 300-ə yaxın miqrant qanunsuz şəkildə Belarusdan Polşaya daxil olmağa cəhd edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Sərhəd Xidməti rəsmi saytında məlumat yayıb.

Qeyd edilib ki, Podlyask Sərhəd Mühafizə İdarəsinin əməkdaşları iyulun 27-də Polşa-Belarus sərhədini qanunsuz keçməyə cəhd edən 292 əcnəbi aşkar ediblər. Svisloç çayını keçməyə cəhd edən bir neçə mühacir Polşa sərhədçilərini görərək Belarusa qayıdıblar.

"26 miqrantı avtobusla aparan Ukrayna vətəndaşı da saxlanılıb", - məlumatda bildirilib.

Xatırladaq ki, Belarusla sərhəddə miqrasiya ilə bağlı ciddi böhranla üzləşən Polşa 2021-ci ildə 40 minə yaxın sərhədi pozmaq cəhdi qeydə alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM