satellite   Azerspace-1: 11135 H 30000

Polşa “Vaqner”ə və Rusiyaya görə ordusunun şəxsi heyətini iki dəfə artırır

Polşa “Vaqner”ə və Rusiyaya görə ordusunun şəxsi heyətini iki dəfə artırır

Polşa “Vaqner” Xüsusi Hərbi Şirkəti yaraqlılarının və Belarusdakı Rusiya əsgərlərinin fəallığı fonunda yaxın gələcəkdə özünün nizami ordusunu demək olar, iki dəfə artırmaq niyyətindədir.

Naxçıvan televiziyası “Polskie Radio”ya istinadən xəbər verir ki, bunu Polşa Baş nazirinin müavini Yaroslav Kaçinski deyib.

Baş nazirin müavininin sözlərinə görə, ölkədə hazırkı üç diviziya əvəzinə yeddi diviziya yaradılacaq, onlardan altısı döyüş, yeddincisi isə ehtiyatda olacaq.

"Biz hərbi hissələri bərpa edirik, yenilərini yaradırıq. İndi yenisi - altıncı diviziya yaradılır", - Kaçinski deyib.

O, həmçinin vurğulayıb ki, Varşava NATO-nun şərq cinahında sipər olmaq üçün Avropanın ən güclü quru ordusunu yaratmağa çalışır.

Qeyd edək ki, bir neçə gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqnerçi”lərin Varşavaya getmək istədiklərini etiraf edib. “Onlar “Qərbə getmək istəyirik. İcazə verin” deyirlər. Deyirəm, Qərbə getməyə nə ehtiyac var? Yaxşı, Varşavaya, Jeşuvaya ekskursiyaya gedin”, - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM