satellite   Azerspace-1: 11135 H 30000

Misir Prezidenti taxıl dəhlizi ilə bağlı Rusiyaya müraciət edib

Misir Prezidenti taxıl dəhlizi ilə bağlı Rusiyaya müraciət edib

Misir Prezidenti Əbdülfəttah əs-Sisi Sankt-Peterburqda keçirilən Rusiya və Afrika sammitindəki çıxışında bildirib ki, taxıl dəhlizi ilə bağlı sazişin yenilənməsi Afrika ölkələri üçün həyati əhəmiyyətə malikdir.

Naxçıvan televiziyası “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, Misir Prezidenti Rusiyanın dayandırdığı taxıl anlaşması ilə bağlı deyib: “Bu məsələdə razılıq əldə olunmasını səbirsizliklə gözləyirik. Sazişin yenilənməsi həm Afrika ölkələrinin aclıq fəlakətindən xilası, həm də qiymətlərin artmasının qarşısının alınması baxımından mühümdür. Misir bu problemin həllində vasitəçilik etməyə hazırdır”.

Dünyada hökm sürən mövcud şərtlərin Afrika ölkələrinə böyük problemlər yaratdığını diqqətə çatdıran Əbdülfəttah əs-Sisi bildirib ki, qlobal kataklizmlər qitənin təhlükəsizliyini və gələcək nəsillərin hüquqlarını təhdid edir. Onun sözlərinə görə, Afrika dövlətləri öz suverenliyini möhkəmləndirməyə və hüquqlarını qorumağa, eyni zamanda, daha tez-tez baş verən münaqişələrin qarşısını almağa çalışır. “Hazırkı qlobal böhranların fonunda ərzaq məhsulları və enerjidaşıyıcılarının qiymətlərində yüksək artım qitə ölkələrinə çox mənfi təsir göstərir”, -deyə Misir Prezidenti vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM