satellite   Azerspace-1: 11135 H 30000

Pekin Moskvanı sərhəddə çinlilərə sərt davranmaqda ittiham edib

Pekin Moskvanı sərhəddə çinlilərə sərt davranmaqda ittiham edib

Pekin Moskvanı sərhəddə çinlilərə sərt davranmaqda ittiham edib.

Naxçıvan televiziyası “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Çinin Rusiyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya hüquq-mühafizə orqanları Rusiya-Qazaxıstan sərhədində Çin vətəndaşlarının hüquqlarını ciddi şəkildə pozub. Əlavə edilib ki, bu, Çin-Rusiya dostluğunun ümumi mənzərəsinə və ölkələr arasında dostluq humanitar mübadilələrinin artması tendensiyasına ziddir. Səfirlik araşdırma aparılmasını xahiş edib.

Qeyd olunub ki, iyulun 29-da Rusiya-Qazaxıstan sərhədində 5 Çin vətəndaşı dörd saat ərzində dəfələrlə dindirilib. Onlara ölkəyə giriş qadağan edilib və turist vizaları ləğv edilib. Çin səfirliyi insidentlə bağlı araşdırma aparıb və Rusiya Xarici İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və sərhəd xidmətinə müvafiq materialları təqdim edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM