satellite   Azerspace-1: 11135 H 30000

Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı təcili tərk etməyə çağırIB

Səudiyyə Ərəbistanı vətəndaşlarını Livanı təcili tərk etməyə çağırIB

Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi öz vətəndaşlarını mümkün qədər tez Livan ərazisini tərk etməyə və silahlı münaqişə bölgələrinə yaxınlaşmamağa çağırıb.

Naxçıvan televiziyası SPA-ya istinadla xəbər verir ki, səfirlik tərəfindən edilən yazılı açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarına silahlı qarşıdurmaların getdiyi ərazilərə yaxınlaşmamaları barədə xəbərdarlıq edilib və Livan ərazisini dərhal tərk etmələri istənilib.

Açıqlamada, həmçinin Səudiyyə Ərəbistanı vətəndaşlarının Livana səyahətini qadağan edən qərara əməl etməyin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Livandakı ən böyük qaçqın düşərgəsi olan Ayn əl-Halvada iyulun 29-dan bəri fələstinli qruplar, o cümlədən Fəth Hərəkatı arasında baş verən qarşıdurmalarda 12 nəfər ölüb, 60-dan çox insan yaralanıb. Livanlı tərəflərin vasitəçiliyi ilə iyulun 31-də düşərgədəki fələstinli qruplar arasında atəşkəsin əldə olunduğu elan edilib. Buna baxmayaraq, tərəflər arasında vaxtaşırı münaqişələr davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM