satellite   Azerspace-1: 11135 H 30000

Kuleba Ukraynanın tərəfdaşlarına müraciət edib: Kiyevi “F-16” ilə silahlandırın

Kuleba Ukraynanın tərəfdaşlarına müraciət edib: Kiyevi “F-16” ilə silahlandırın

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba axşam saatlarında Rusiyadan atılan raket hücumuna reaksiya verib. O, tərəfdaşları Ukraynanı “F-16” qırıcıları ilə silahlandırmağa çağırıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə nazir tviter səhifəsində yazıb.

“Bu şənbə günü Rusiya Ukraynaya növbəti raket zərbəsi endirib. Rusiya dayandırılmayana qədər durmayacaq”, - deyə o bildirib.

Kuleba dünyanın ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməli olduğunu vurğulayıb:

“Qlobal birlik ədalətli və davamlı sülhün təmin edilməsinə diqqət yetirməlidir: Ukraynanı, o cümlədən səmanı bağlamaq üçün Kiyevi “F-16”larla silahlandırmalı və Ukrayna sülh formulu həyata keçirməlidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM