satellite   Azerspace-1: 11135 H 30000

İsrail, ABŞ və Qətər Qəzzada atəşkəs barədə danışıqlar aparır

İsrail, ABŞ və Qətər Qəzzada atəşkəs barədə danışıqlar aparır

İsrail HƏMAS ilə atəşkəs haqqında danışıqlar aparmır, lakin bir qrup ölkələr hazırda Qəzza zolağında atəşkəsin bərqərar olmasına və girovların azad edilməsinə çalışır.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Rossiya-24” telekanalının efirində İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Tsvi deyib.

“HƏMAS-la atəşkəslə bağlı heç bir danışıqlar yoxdur. Amma hazırda bəzi danışıqlar gedir. Mossadın rəhbəri David Barnea, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Qətərin Baş naziri Məhəmməd bin Abdel Rəhman əl Tani ilə birlikdə indi atəşkəs və girovlarımızın azad edilməsi üçün həll yolunun necə tapılması ilə bağlı danışıqlar aparır”, - o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM