satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "TDT daxilində Macarıstanla əməkdaşlıq yüksək səviyyədədir"

Ərdoğan: "TDT daxilində Macarıstanla əməkdaşlıq yüksək səviyyədədir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatı (TDT) daxilində Macarıstanda əməkdaşlığın yüksək səviyyədə olduğunu deyib.

Naxçıvan televiziyası xəbər verir ki, o, bu barədə Macarıstandan qayıdanda jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Macarıstan TDT ilə Avropa İttifaqı (Aİ) arasında bir növ körpü rolunu oynayır: “Macarıstan TDT ilə Aİ arasında əməkdaşlığın güclənməsinə kömək edir. Bu, çox əhəmiyyətlidir. Təbii ki, bu, Ankara- Budapeşt əlaqələrində də özünü göstərir”.

R.T.Ərdoğan söyləyib ki, ikitərəfli əlaqələr müsbət templə inkişaf etməkdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM