satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: “Namizəd statusunun verilməsi ölkələrin Aİ üzvlüyünə zəmanət vermir”

Ərdoğan: “Namizəd statusunun verilməsi ölkələrin Aİ üzvlüyünə zəmanət vermir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Gürcüstana Avropa İttifaqına (Aİ) namizəd statusunun verilməsi, Ukrayna və Moldova ilə danışıqlara başlanılması bu ölkələrin təşkilata üzvlüyünə zəmanət vermir.

Naxçıvan televiziyası Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, bunu Macarıstandan qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Namizəd statusunun verilməsi o demək deyil ki, onlar Avropa İttifaqına üzv olacaqlar. Bu prosesə start verildikdən sonra o, daha da uzanacaq", - o bildirib.

Prezident qeyd edib ki, Aİ Türkiyə ilə münasibətlərə indi diqqətlə yenidən baxmalıdır: "Türkiyə Aİ-yə üzv olmağa digər ölkələrlə müqayisədə daha hazırdır. Lakin siyasi maneələrə görə biz uzun illər gözləmək məcburiyyətində qalmışıq".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM