satellite   Azerspace-1: 11135 H 30000

Şoyqu: “Rusiyanın strateji nüvə qüvvələrinin müasirlik səviyyəsi 95 faizə çatdırılıb”

Şoyqu: “Rusiyanın strateji nüvə qüvvələrinin müasirlik səviyyəsi 95 faizə çatdırılıb”

“Rusiyanın strateji nüvə qüvvələrinin müasirlik səviyyəsi 95 faizə çatdırılıb, onların yüksək döyüş hazırlığı var”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu bu ölkənin müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinin iştirakı ilə Müdafiə Nazirliyinin Kollegiyasının genişləndirilmiş iclasında bildirib.

“Hərbi təhdidlərin xarakterinin dəyişməsi və yeni hərbi-siyasi risklərin yaranması kontekstində dünyada qüvvələr tarazlığını, strateji qüvvələr balansını təmin edən nüvə triadasının rolu xeyli artıb”, - o bildirib.

Onun sözlərinə görə, bu il dövlət silahlanma proqramının ardıcıl icrası və müdafiə müəssisələrinin səmərəli fəaliyyəti sayəsində bütövlükdə strateji nüvə qüvvələrinin müasir silah və texnika ilə təminatı səviyyəsi 95 faizə çatdırılıb.

S.Şoyqu həmçinin qeyd edib ki, Rusiya 2024-cü ildə Ukraynada qarşısına qoyduğu məqsədlərə tam nail olana qədər addımlarını davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM