satellite   Azerspace-1: 11135 H 30000

KİV: Qırmızı dənizdəki vəziyyət Avropa üçün xərclərin artmasına səbəb olub

KİV: Qırmızı dənizdəki vəziyyət Avropa üçün xərclərin artmasına səbəb olub

Beynəlxalq gəmiçilik şirkətləri xərclərini kəskin artırıb. Buna səbəb Qəzza münaqişəsi və Qırmızı dənizdə yaşanan problemlərdir. Yaxın Şərqdən enerji təchizatının çatdırılma istiqamətinin dəyişdiyi də əsas səbəblərdəndir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin “Yeni şafak” qəzeti yazıb.

Nəşr bildirib ki, Təl-Əviv administrasiyasının yaratdığı geosiyasi alov pandemiyanın şokundan hələ də çıxmamış qlobal ticarət üçün yeni risk mənbəyinə çevrilib.

Yəmənin şimalında hakim olan “Ənsar Allah” hərəkatının (Husilər) Qırmızı dənizdə gəmilərə hücumları səbəbindən “Maersk”, “Hapag-Lloyd” və başqa şirkətlər gəmilərini Atlantik okeanı üzərindən hərəkət etdirirlər.

Enerji şirkətləri də eyni addımı atıblar. Marşrutların dəyişdirilməsi 40 gün vaxt itkisi, həm də yüksək xərclər yaradıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM