satellite   Azerspace-1: 11135 H 30000

Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova gələn ilin sonuna qədər MDB-dən çıxacaq

Moldova gələn ilin sonuna qədər Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkə parlamentinin xarici siyasət və Avropaya inteqrasiya komissiyasının rəhbəri Doina German bildirib.

Komissiya rəhbəri bildirib ki, Moldova bu yaxınlarda müdafiə və təhsil sahəsində MDB çərçivəsində üç sazişi ləğv edib və Birlikdən çıxmaq üçün demək olar son mərhələdədir:

“2024-cü ilin sonuna qədər prosesi tamamlamağı qarşımıza məqsəd qoymuşuq. Moldova MDB-ni tərk etməklə iqtisadi zərər görməyəcək”.

Parlamentari bildirib ki, Moldova MDB-ni tərk etməkdən xeyir götürəcək, çünki Birliyə ödənişlər etməli olmayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM