satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada Paşinyanın MDB sammitinə qatılacağına ümid edirlər

Rusiyada Paşinyanın MDB sammitinə qatılacağına ümid edirlər

Rusiyada Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB-nin Sankt-Peterburqda keçiriləcək sammitinə qatılacağını gözləyirlər.

Naxçıvan televiziyası “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bildirib.

“Biz dəfələrlə bütün məsələləri sakit şəkildə həll etməyə hazır olduğumuzu açıqlamışıq”, - o vurğulayıb.

Qeyd edək ki, MDB-nin sammiti dekabrın 25-26-da Sankt-Peterburq şəhərində keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin quruma üzv olan bütün ölkələrin liderlərini zirvə toplantısına dəvət edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM