satellite   Azerspace-1: 11135 H 30000

İran Almaniyaya nota göndərib

İran Almaniyaya nota göndərib

İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfirini çağıraraq ona etiraz notası təqdim edib.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında yayılan məlumatda deyilir.

Xarici İşlər Nazirliyi 2022-ci ilin noyabrında Almaniyanın Bohum şəhərində İranəsilli yerli sakinin sinaqoqu yandırmağa cəhdlə bağlı çıxarılan hökmlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağırdığını açıqlayıb. Almaniya məhkəməsinin fikrincə, planlaşdırılan hücum İranın dövlət qurumu ilə bağlıdır.

İran Xarici İşlər Nazirliyinin press-relizində deyilir ki, Almaniyanın Tehrandakı səfiri Hans-Udo Mutzel məhkəmənin əsassız ittihamları ilə bağlı xəbər dərc edildikdən sonra çağırılıb.

İranəsilli 36 yaşlı kişi ağır yanğın törətmək və yandırmağa cəhd etmədə təqsirli bilinir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM