satellite   Azerspace-1: 11135 H 30000

İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır

İsrail hərbi əməliyyatları iki həftəlik dayandırmağa hazırdır

İsrail Qəzzada saxlanılan girovları azad etmək üçün Fələstin anklavında hərbi əməliyyatları iki həftə müddətinə dayandırmağa hazırdır.

Naxçıvan televiziyası TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Makan-33” telekanalı məlumat yayıb.

Bildirilib ki, İsrail terrorizmdə təqsirli bilinənlər də daxil olmaqla, həbsxanalardan fələstinli məhbusların azad edilməsi müqabilində HƏMAS-ın girov saxladığı insanların azad edilməsi şərti ilə iki həftəlik atəşkəsə hazırdır.

“Lakin tərəflər hələ də razılığa gəlməkdən uzaqdırlar, çünki HƏMAS hərəkatı bu təklifi rədd edir”, - məlumatda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM