satellite   Azerspace-1: 11135 H 30000

CHP-nin sabiq sədri Türkiyə Prezidentinə təzminat ödəyəcək

CHP-nin sabiq sədri Türkiyə Prezidentinə təzminat ödəyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “şəxsi hüquqlarının pozulması” əsasında 2021-ci ildə ölkənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırkı sabiq sədri Kamal Kılıçdaroğluna qarşı açılan məhkəmə işi Ərdoğanın xeyrinə yekunlaşıb.

Naxçıvan televiziyası xəbər verir ki, məhkəmə qərarına əsasən, Kılıçdaroğluna 65 min Türk lirəsi məbləğində mənəvi təzminat cəzası kəsilib. Türkiyə Prezidenti həmin məbləği İsrail-Fələstin qarşıdurması zamanı Qəzzada yetim qalan uşaqlara bağışlayıb.

Qeyd edək ki, məhkəmə işi Kamal Kılıçdaroğlunun 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisində keçirilən qrup toplantısındakı çıxışı zamanı dövlət başçısına qarşı işlətdiyi ifadələrə görə açılmışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM