satellite   Azerspace-1: 11135 H 30000

İsrail ordusu dekabrın 1-dən Qəzza zolağında 2 min radikalı məhv edib

İsrail ordusu dekabrın 1-dən Qəzza zolağında 2 min radikalı məhv edib

Dekabrın 1-dən Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin bölmələri qurudan, dənizdən və havadan zərbələr endirməklə anklavda 2 mindən çox radikalı məhv edib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Həcəri bildirib.

“Həmas Qəzza zolağında quru əməliyyatı zamanı atəşkəsi pozandan bəri [İsrail] bölmələrimiz havadan, dənizdən və qurudan 2000-dən çox terrorçunu məhv edib”, o, brifinq zamanı deyib.

"Birliklərimiz Qəzzanın cənubunda və şimalında quru əməliyyatlarını genişləndirməyə davam edir. Biz Qəzza zolağının hər yerində havadan, qurudan və dənizdən əməliyyatları davam etdiririk", - Həcəri əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM