satellite   Azerspace-1: 11135 H 30000

Fransa Nigerdəki səfirliyini bağlamağa hazırlaşır

Fransa Nigerdəki səfirliyini bağlamağa hazırlaşır

Fransa Nigerdəki səfirliyini bağlamaq niyyətindədir.

Naxçıvan televiziyası xəbər verir ki, Associated Press agentliyi bu barədə Fransa diplomatik missiyasının yerli əməkdaşlarına göndərilən məktuba istinadla məlumat yayıb. Məktubun mətnində səfirliyin 2024-cü il aprelin 30-da ləğv ediləcəyi yazılıb. Fransanın diplomatik mənbələri məlumatı təsdiqləyib.

Xatırladaq ki, iyulun 26-da prezident qvardiyası qiyam qaldıraraq Niger Prezidenti Məhəmməd Bazumu həbs edib. Bundan sonra Niamey və Paris arasında münasibətlər gərginləşib. Nigerin yeni hakimiyyəti Fransa səfirini arzuolunmaz şəxs elan edib, həmçinin fransalı hərbçilərin ölkədən çıxması tələb olunub.

Təxminən 26 milyon əhalisi olan Niger dünyanın ən kasıb ölkələrindən biridir. BMT-nin inkişaf indeksində 191 ölkə arasında 189-cu yerdə qərarlaşan Nigerin əhalisinin 40 faizdən çoxu yoxsulluq içərisində yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM