Qırğızıstan Prezidenti Sadır Japarov dövlət bayrağının dəyişdirilməsi haqda qanunu imzalayıb.
Naxçıvan televiziyası xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezident Administrasiyasının mətbuat xidməti yayıb.
Qeyd edək ki, 20 dekabrda Joqorku Keneş (ölkə parlamenti) Qırğızıstanın dövlət bayrağındakı təsvirin dəyişdirilməsi ilə bağlı təklifi müzakirəsiz təsdiqləyib.
