satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin daha altı hərbçisi şəhid olub

Türkiyənin daha altı hərbçisi şəhid olub

Dekabrın 23-də İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı bölgəsində – Türkiyə Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu şəhid olub, bir nəfər yaralanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“23 dekabr 2023-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazimizə sızmağa çalışan terrorçularla baş vermiş qarşıdurmada altı qəhrəman silahdaşımız şəhid olub, bir qəhrəman silahdaşımız isə yaralanıb.

İlkin məlumata görə, qarşıdurmada 13 terrorçu zərərsizləşdirilib. Bölgədə təmas davam edir. Müəyyən edilmiş hədəflərə qarşı ani hava əməliyyatları da həyata keçirilir”, – məlumatda diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM