satellite   Azerspace-1: 11135 H 30000

KİV: Hindistan yaxınlığında gəmiyə hücum edən PUA İrandan buraxılıb

KİV: Hindistan yaxınlığında gəmiyə hücum edən PUA İrandan buraxılıb

Şənbə günü Hindistan sahillərində gəmiyə hücum etmiş pilotsuz uçuş aparatı (PUA) İrandan buraxılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə "The Wall Street Journal" Pentaqona istinadən məlumat yayıb.

“Liberiya bayraqlı, Yaponiyaya məxsus, Niderland tərəfindən qulluq edilən kimyəvi maddə daşıyan tanker “Chem Pluto” yerli vaxtla təxminən saat 10:00-da Hind okeanında, sahildən 200 dəniz mili (370 km) məsafədə İrandan atılan kamikadze pilotsuz uçan aparat tərəfindən vurulub”, - ABŞ Müdafiə Nazirliyinin sözçüsü deyib.

Hadisə nəticəsində xəsarət alan olmadığı, gəmidəki yanğının söndürüldüyü qeyd edilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM