satellite   Azerspace-1: 11135 H 30000

Slovakiya polisi insanları "Praqadakı" kimi güllələyəcəyi ilə hədələyən şəxsi saxlayıb

Slovakiya polisi insanları "Praqadakı" kimi güllələyəcəyi ilə hədələyən şəxsi saxlayıb

Slovakiyada polis ölkədə “Praqadakı” kimi tələbənin 14 nəfəri güllələyərək öldürdüyü kimi atışma törətməklə hədələyən şəxsi saxlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Teraz.sk” saytı məlumat yayıb.

"Jilina polisi Praqada baş verən hücumu təkrarlayacağını deyən şəxsi saxlayıb. O, xilasetmə xəttinə zəng edərək "Praqada baş verənləri edəcəyini" deyib", - nəşr qeyd edib.

Portalın məlumatına görə, saxlanılan şəxs 64 yaşlı kişidir. Hadisənin təfərrüatları açıqlanmır.

Dekabrın 21-də Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinin Fəlsəfə fakültəsinin 24 yaşlı tələbəsi David K. auditoriyalardakı tələbələrə, eləcə də həmin vaxt yan Yan Palax meydanında universitetin pəncərələri altından keçən insanlara tüfənglə atəş açıb.

Son məlumata görə, atışma nəticəsində 14 nəfər ölüb, daha 25 nəfər yaralanıb. Hücumçu özü də zərərsizləşdirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM