satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb

Türkiyə ordusunun zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb

Son günlər Türkiyə ordusunun “Pençe-Kilit” əməliyyat bölgəsində hücumlardan sonra zərərsizləşdirdiyi terrorçuların sayı 30-a çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

Qeyd edək ki, dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. Hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.

Son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında Türkiyənin 12 hərbçisi şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM