satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib

Türkiyə ordusu son 3 gündə 56 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatları nəticəsində 56 terrorçu zərərsizləşdirilib.

Naxçıvan televiziyası “TRThaber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, dekabrın 23-də terrorçuların mövqelərinə endirilən hava zərbələri nəticəsində azı 26 terrorçu məhv edilib.

Sonrakı günlərdə “Pençe-Kilit” əməliyyat bölgəsində keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib. Bununla da son üç gündə məhv edilən terrorçuların sayı 56-ya çatıb.

Qeyd edək ki, dekabrın 22-23-də İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 12 hərbçi şəhid olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM