satellite   Azerspace-1: 11135 H 30000

Kolomina: Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib

Kolomina: Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib

Ermənistan açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan uzaqlaşmaq qərarına gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstanın “Birinci Kanalı”na müsahibəsində bildirib.

İrəvanın NATO ilə yaxınlaşmağa maraqlı olub-olmasına dair sualı cavablandıran Kolomina qeyd edib ki, Ermənistan çox açıq şəkildə Rusiyadan uzaqlaşmaq qərarına gəlib.

“Biz bunu təşviq edirik. Ermənilər qərar qəbul etməkdə sərbəstdirlər. Düşünürəm ki, onlar seçim ediblər və artıq bizə yaxınlaşmağa, daha sıx əməkdaşlıq, çoxsaylı siyasi dialoq, NATO-nun daha fəal iştirakı üçün müraciət etməyə başlayıblar”, - deyə Kolomina qeyd edib.

“Biz tərəfdaşlarımızın regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”, - NATO rəsmisi əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM