satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanılıb

Türkiyədə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanılıb

Türkiyədə növbəti “Qəhrəmanlar” əməliyyatı zamanı terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanılıb.

Naxçıvan televiziyası xəbər verir ki, 36-cı “Qəhrəmanlar” əməliyyatı İstanbul və Ankara başda olmaqla, ölkənin 32 vilayətində keçirilib.

Əməliyyat nəticəsində terror təşkilatına təşkilata üzv olmaq, terrorçuluq fəaliyyətlərində iştirak, sosial media vasitəsilə terrorun təbliği, təşkilata maddi dəstək göstərmək kimi cinayətlərdə şübhəli bilinən 208 nəfər saxlanılıb.

Terror təşkilatlarına qarşı daha bir əməliyyat Türkiyənin Milli Kəşfiyyat Agentliyi tərəfindən keçirilib. Əməliyyatın gedişində PKK/KCK terror təşkilatının İraqın Süleymaniyyə şəhərindən məsul üzvü "Bahoz Zagros" kod adlı Mehmet Şefa Akman zərərsizləşdirilib. Onun Türkiyəyə qarşı terror planı hazırladığı müəyyən edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM