satellite   Azerspace-1: 11135 H 30000

Bodrum sahillərində 44 qeyri-qanuni immiqrant xilas edilib, 31 immiqrant yaxalanıb

Bodrum sahillərində 44 qeyri-qanuni immiqrant xilas edilib, 31 immiqrant yaxalanıb

Türkiyənin Bodrum sahillərində eyni gündə qeyri-qanuni immiqrantların xilası və yaxalanması istiqamətində bir neçə əməliyyat keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Türkiyənin Təhlükəsizlik Komandanlığının saytında yer alan məlumatda deyilir.

Məlumata görə, Türkiyə qüvvələri tərəfindən ölkənin ərazi sularına çıxarılan iki ayrı rezin qayıqda 44 qeyri-qanuni immiqrantı xilas edib.

Bodrum sahillərində başqa bir vaxtda Sahil Mühafizəsi gəmisi tərəfindən təsbit edilən və dayandırılan başqa bir rezin qayıqda olan 31 nizamsız immiqrant da yaxalanıb.

Köç əməliyyatlarının ardından onlar Miqrasiya İdarə Müdirliyinə təhvil verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM