satellite   Azerspace-1: 11135 H 30000

Ərdoğan: "Terror hücumları Türkiyənin inkişafının qarşısını ala bilməz"

Ərdoğan: "Terror hücumları Türkiyənin inkişafının qarşısını ala bilməz"

Terror hücumları Türkiyənin inkişafının qarşısını ala bilməz.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 27-də Ankarada TÜBİTAK və TÜBA elm mükafatlarının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"12 övladımız şəhid oldu. Allah hər birinə rəhmət eləsin. Amma cəmi 36 saatda 50-dən çox terrorçu məhv edildi. Şəhidlərimizin qanı yerdə qalmadı", - o bildirib.

Dövlət başçısı söyləyib ki, Türkiyə bu gün nəinki regional, həm də beynəlxalq aktordur: "Əlbəttə, bu, həm də elm və təhsil sahəsində əldə etdiyimiz uğurlarla bağlıdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM