satellite   Azerspace-1: 11135 H 30000

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan yeni reaktiv yaylım atəşi sistemini sınaqdan keçirib

Pakistan Silahlı Qüvvələri yerli “Fatah II” mənzili uzadılmış reaktiv yaylım atəşi sistemini (RYAS) uğurla sınaqdan keçirib.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, “Fatah II” adi döyüş sursatlarının çatdırılması üçün nəzərdə tutulub.

Sistemin idarə olunan raketləri inersial-peyk yönləndirmə sistemi ilə təchiz edilib və 400 km-ə qədər məsafədə yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir.

KİV-in məlumatına görə, “Fatah” RYAS Pakistanın “Global Industrial & Defence Solutions” (GIDS) müdafiə şirkəti tərəfindən hazırlanıb və istehsal olunub. O, ABŞ-nin HIMARS (High Mobility Artillery Rocket System) sisteminin analoqu hesab olunur.

150 km-ə qədər uçuş məsafəsi olan “Fatah I” RYAS ilk dəfə Pakistanda 2021-ci ilin avqustunda sınaqdan keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM