satellite   Azerspace-1: 11135 H 30000

Praqada universitetdə atışma törədən şəxs uşaq qatili olub

Praqada universitetdə atışma törədən şəxs uşaq qatili olub

Polis dekabrın 21-də Praqada Karl Universitetinin Fəlsəfə fakültəsində silahlı insident törədən tələbənin Klanovitse meşəsində dekabrın 15-də 32 yaşlı kişini və onun 2 aylıq uşağını öldürdüyünü etiraf etdiyi məktubu tapıb.

Naxçıvan televiziyası xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat katibi Yan Danek məlumat verib.

Balistik müayinə daha əvvəl Klanovitse meşəsində istifadə edilən silahlarla universitetdə atışmanı həyata keçirən şəxsin yaşadığı evdə tapılan silahların uyğunluğunu nümayiş etdirib.

Dekabrın 15-də günorta saatlarında Klanovitse meşəsində kişi və iki aylıq qızı odlu silahla öldürülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM