satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Mərkəzi Bankının ehtiyatları tarixi maksimumuna çatıb

Türkiyə Mərkəzi Bankının ehtiyatları tarixi maksimumuna çatıb

Türkiyə Mərkəzi Bankının ehtiyatları tarixində ilk dəfə 145,5 milyard ABŞ dollarına çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

“Mərkəzi Bankın ehtiyatları mayın sonundan bəri 47 milyard ABŞ dolları artaraq bütün dövrlərin ən yüksək səviyyəsinə çatıb”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, Türkiyə Mərkəzi Bankı iyunda bəyanat yaymışdı ki, tənzimləyici yüksək inflyasiya proqnozu dəyişənə qədər pul siyasətini mərhələli şəkildə sərtləşdirməyə davam edəcək. Mərkəzi Bank iyundan etibarən uçot dərəcəsini 8,5 %-dən 42,5 %-ə yüksəldib.

Türkiyə Mərkəzi Bankının sədri Hafize Qaye Erkan iyulda Türkiyə iqtisadiyyatının 2025-ci ildə stabilləşəcəyini bildirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM