satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə qırıcı təyyarələr üçün mühərrik istehsal etmək istəyir

Türkiyə qırıcı təyyarələr üçün mühərrik istehsal etmək istəyir

Türkiyə ABŞ-nin “General Electric” korporasiyasının F-16 qırıcılarında istifadə olunan F110 mühərriklərini öz ərazisində istehsal etməyi planlaşdırır.

Naxçıvan televiziyası xəbər verir ki, Bloomberg agentliyinin yaydığı məlumata görə, Ankara Vaşinqtondan F110 mühərriklərinin müştərək istehsalı üçün icazə istəyib. Türkiyə “Turkish Aerospace Industries” kompaniyasının beşinci nəsil “Kaan” döyüş təyyarəsini iki ədəd F110 mühərriki ilə təchiz etmək niyyətindədir. 2024-cü ilin yanvarında həmin təyyarənin ilk uçuşu nəzərdə tutulub.

“Kaan” qırıcı təyyarəsi üzərində çalışmalar 2017-ci ildən “Milli Döyüş Təyyarələri” proqramı çərçivəsində həyata keçirilir. 2028-ci ildə onun kütləvi istehsalına start verilməlidir. Türkiyə rəsmiləri bildirirlər ki, “Kaan” taktiki və texniki xüsusiyyətlərinə görə ABŞ-nin F-35 döyüş təyyarələrini geridə qoyacaq və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində silahlanmada olan F-16 qırıcılarını əvəz edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM