satellite   Azerspace-1: 11135 H 30000

BMT: Milyonlarla əfqanıstanlı aclıqdan əziyyət çəkir

BMT: Milyonlarla əfqanıstanlı aclıqdan əziyyət çəkir

Milyonlarla əfqanıstanlı aclıqdan əziyyət çəkir, ölkə əhalisinin üçdə birinin qidaya çıxışı yoxdur.

Naxçıvan televiziyası BMT-nin saytına istinadən xəbər verir ki, ailələr aclıq probleminin ən kəskin olduğu sərt qış aylarına - xüsusilə qar və buzla əhatə olunmuş dağlıq ərazilərdə hazır deyillər.

Təşkilat qeyd edib ki, 2023-cü ilin yanvar-noyabr aylarında BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) Əfqanıstanda 18,4 milyon insana yardım edərək 559 min tondan çox ərzaq paylayıb.

BMT-nin verilənlərinə əsasən, son altı ayda ÜƏP İslam İnkişaf Bankı (İİB) tərəfindən idarə olunan Əfqanıstan Humanitar Etimad Fondunun 3,2 milyon dollarlıq qrantı sayəsində 230 000-ə yaxın həssas əfqanıstanlını həyati vacib yardımla təmin edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM