satellite   Azerspace-1: 11135 H 30000

BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

BMT-nin Qəzzada humanitar yardım karvanı atəşə tutulub

Qəzza zolağının şimalından qayıdan humanitar yardım karvanı atəşə tutulub.

Naxçıvan televiziyası "İnterfaks"a istinadən xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin anklavdakı rəhbəri Tomas Uayt deyib.

“İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsindən qayıdan humanitar karvanı atəşə tutublar”, - o bildirib.

Qeyd edilib ki, mərmilər nəticəsində xəsarət alan olmasa da, bir maşına ziyan dəyib: "Humanitar işçilər heç vaxt hücuma məruz qalmamalıdır".

İsrail tərəfi hələlik bu insidentlə bağlı şərh verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM