satellite   Azerspace-1: 11135 H 30000

Qəzzada səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib

Qəzzada səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib

“İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı bütün məqsədlərə çatana qədər çox aylar davam edəcək”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, İsrail əməliyyatlarda əhəmiyyətli uğur qazanıb, xüsusən də Qəzza zolağında səkkiz mindən çox HƏMAS terrorçusu məhv edilib:

“Qələbənin əldə edilməsi daha çox vaxt tələb edir. Müharibə hələ çox aylar davam edəcək. Mənim siyasətim aydındır - müharibənin bütün məqsədlərinə nail olunana qədər mübarizəni davam etdirmək. Biz HƏMAS-ın İsrail üçün daha təhlükə yaratmamasını təmin edəcəyik. Müharibə tam sürətlə gedir. Biz bütün cəbhələrdə vuruşuruq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM