satellite   Azerspace-1: 11135 H 30000

Burkina-Faso fransız dilinin statusunu işçi dilə dəyişib

Burkina-Faso fransız dilinin statusunu işçi dilə dəyişib

Burkina-Fasonun keçid Milli Assambleyası ingilis və fransız dillərini işçi dillər kimi müəyyən edən və milli dillərə rəsmi status verən konstitusiya dəyişikliyini qəbul edib.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Burkina agentliyi AIB məlumat yayıb.

Bildirilib ki, düzəliş nəticəsində fransız dili rəsmi dil statusunu itirir, ingilis dili isə Burkina-Faso administrasiyasında işçi statusu qazanır.

Həmçinin qeyd olunur ki, milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın ümdə arzusudur, xalq başqalarının dilində inkişaf edə bilməz.

Dəyişikliyə əsasən, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM