satellite   Azerspace-1: 11135 H 30000

MDB-yə sədrlik Rusiyaya keçib

MDB-yə sədrlik Rusiyaya keçib

Rusiya bu gündən MDB-yə sədrlik etməyə başlayıb.

Naxçıvan televiziyası Rusiya KİV-ə istinadən xəbər verir ki, təşkilata sədrlik Qırğızıstandan Rusiyaya keçib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir.

O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM